180 nəfər siyasi məhbus elan edildi
20 Noyabr 2012 14:03 (UTC+04:00)
Gürcüstan parlamentinin insan hüquqları komitəsi 180 nəfəri siyasi məhbus elan edib. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, komitənin qənaətinə görə daha 22 nəfər isə siyasi təqibə məruz qalır. Ancaq siyasi məhbuslarla bağlı komitənin qərarı parlamentdə narazılıq yaradıb.
Belə ki, siyasi məhbusların siyahısına yalnız Saakaşvili dönəmində həbs edilən və təqibə məruz qalan insanlara daxil edilib. Parlamentdə təmsil olunan Saakaşvili partiyasının üzvləri isə son zamanlar həbs olunanların da siyasi məhbus elan edilməli olduğunu deyib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkilərindən sonra ölkədə ikili hakimiyyət yaranıb. İvanişvili hökuməti Saakaşvili komandasına qarşı təqiblərə başlayıb. Onun dönəmində həbs olunan insanları isə siyasi məhbus kimi qələmə verir.
Sadiq Musa
AzNews.az