Rafael Ağayevə maşın hədiyyə edən şəxs nazir imiş? - Foto + Yenilənib 2
9 İyun 2016 17:21 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə tanınmış idmançı sosial şəbəkədəki səhifəsində xəbər verib. Yeni maşını ilə şəkilini paylaşan dünya çempionu bu sözləri yazıb: "Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi. Allaha min şükür".
Xatırladaq ki, R.Ağayevin toyu iyunun 6-sı olub.
10:41
***
Rəfael Ağayevə maşın hədiyyə edən şəxsin kimliyi məlum olub.
AzNews.az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən avtomobili Rafael Ağayevə gənclər və idman naziri Azad Rəhimov hədiyyə edib.
Qeyd edək ki, idmançının bir neçə gün əvvəl keçirilən toyunda Azad Rəhimov da iştirak etmişdi.

14:09
***
Gənclər və idman naziri Azad Rəhimovun idmançı Rafael Ağayevə toyunda maşın hədiyyə etməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova azvision.az-a bildirib.
Onun sözlərinə görə, nazir Azad Rəhimov Rafael Ağayevə avtomobil hədiyyə etməyib.
"Nazir bir çox idmançıların toyuna gedir. Hər idmançı evləndikdə ona maşın hədiyyə etmək mümkün deyil. Yayılan məlumat həqiqətə uyğun deyil".
Qeyd edək ki, Karate üzrə millimizin lideri, 4 qat dünya, 13 qat Avropa çempionu Rafael Ağayevə toyunda bahalı avtomobil hədiyyə edilib. Bu barədə idmançı sosial şəbəkədə məlumat yayıb. Iddia edilir ki, həmin avtomobil nazir Azad Rəhimov tərəfindən hədiyyə edilib.