Araz Ağalarov nazirliyi məhkəməyə verdi - 1,1 milyard aldı

9 İyun 2016 11:25 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağalarov təsdiqləyib. Məlumata görə, nazirlik Vladimastokda APEC sammiti üçün tikinti işləri zamanı dəymiş zərərə görə təzminat ödəməli olub.

Ağalarov Maliyyə Nazirliyinə bir neçə ay öncə məhkəmənin icra sənədi ilə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, yolun tikintisi və ərazinin abadlaşdırılmasına şəxsi vəsaitindən 3.6 mlrd rubl xərcləyib.

Qeyd edək ki, "Crocus Group" 2009-cu ildə Vladimastokda keçirilən sammit üçün Uzaq Şərq Universitetinin tikintisində baş podratçı olub.

Aydan AXUNDOVA