Azərbaycanın ən kasıb ailəsi - Fotolar

9 İyun 2016 15:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə azpolitika.info saytı məlumat yayıb. 5 azyaşlı uşağı olan ailə üstüaçıq, döşəməsi olmayan, yalnız hasardan ibarət olan bir tikilinin içində yaşayır. Lamiyə Məcidova yağan yağışlar səbəbindən ağır xəstəliklərə düçar olduqlarını deyir.

Ailənin heç bir üzvü işləmir. L.Məcidovanın sözlərinə görə həyat yoldaşı iş olandan-olana fəhləlik edib, evə gəlir gətirir.

Uşaqlardan 3-ü məktəbli yaşında olsa da, paltarları olmadığından dərsə gedə bilmirlər: "Həm də yeriməyə belə taqətləri yoxdur. Günlərlə quruca çörək almağa imkanımız olmur deyə, ac qalırıq. Heç bir yandan köməyimiz yoxdur. Evimizdə televizorumuz belə yoxdur. İşığımız, qazımız və suyumuz yoxdur. İşığımız olmayan hasarın içində içi tamamilə boş bir soyuducumuz var. Bu, yaşamaq yox, zülm çəkməkdir. Bəlkə də Azərbaycan Respublikasında acınacaqlı vəziyyətdə yaşayan ikinci belə bir ailə yoxdur. Dəfələrlə qəbullarda olsaq da, yalan vədlər verilib, amma əməl edilməyib".

Məcidovlar ailəsi düşdükləri durumla bağlı Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət ediblər: "Mehriban xanım Əliyevadan çox-çox xahiş edirəm: bizə kömək edin, imkan verməyin ki, bu günahsız azyaşlı körpələr aclıqdan, xəstəlikdən məhv olsunlar".

Ailəyə yardım etmək istəyən şəxslər aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər: