Məmurla sahibkarın 40 minlik rüşvət qalmaqalı - Video
9 İyun 2016 17:48 (UTC+04:00)
Məlumat üçün bildirək ki, iddiaya görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Göyçay rayon ərazisində tikilən çörək zavodunun obyekt kimi qeydə alınmasına problemlər yaradıb və böyük bir ərazi yaşayış yeri kimi sənədləşdirilib. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman müəllimlə sahibkar arasındakı söhbətin ilginc videogörüntüləri cumhuriyyet.az-a daxil olub.
Həmin görüntülərdə adıçəkilən Asiman müəllim obyektin sənədləşdirilməsi üçün dövlət rüsumu adı altında sahibkara 40 min manat pul lazım olduğunu bildirir.