Türkiyədə azot gübrəsinin satışına qadağa qoyuldu - Terrora görə
10 İyun 2016 00:10 (UTC+04:00)
Buna səbəb partlayıcı qurğuların istehsalatında istifadə edilə biləcək azot gübrəsinin tərkibində ammonium nitratının olmasıdır.
"Türkiyədə dünəndən etibarən partlayıcı qurğuların istehsalatında istifadə edilə biləcək azot gübrəsinin satışına qadağa qoyulub", - deyə Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik bildirib.
Onun sözlərinə görə, artıq 64 min ton azot gübrəsi satışdan çıxarılıb.
O əlavə edib ki, satışdan çıxarılan azot gübrəsinin alternativ gübrə ilə əvəz edilməsi nəzərdən keçirilir.
APA.az