İŞİD lideri yaralandı
10 İyun 2016 14:57 (UTC+04:00)
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu Bəkir əl-Bağdadi və qruplaşmanın bir sıra komandirləri İraq-Suriya sərhədinə endirilən aviazərbələr nəticəsində yaralanıblar.
Al Sumaria telekanalının yaydığı məlumata görə, beynəlxalq koalisiyanın təyyarələri İŞİD-in baş gərargah olaraq istifadə etdiyi mövqeləri atəşə tutub. "Daxil olan məlumatlar baş gərargaha toplaşan İŞİD lideri Əbu Bəkir əl-Bağdadi və bir sıra komandanların yaralanmasını sübut edir", - deyə mənbə bildirib.
Aydan AXUNDOVA