Göyçayda narkotik aşkarlandı
10 İyun 2016 18:02 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəyirli kənd sakini Qüdrət Həmidovun evinə baxış zamanı 1 kiloqram 374 qram marixuana aşkar edilərək götürülüb.