Qasırğa Gəncəni vurdu - Video

10 İyun 2016 22:04 (UTC+04:00)

Qərb bölgəsinə yağan güclü yağış və əsən külək Gəncədə bir sıra fəsadlar törədib. Xan bağında küləyin təsirindən ağac iaşə obyektinin üzərinə aşıb. Hadisə gecə saatlarına olduğundan xəsarət alan olmayıb.

"Güclü külək əsir. Ağac aşdı, vurdu, qırdı aynaları, "kırışa"nı. İndi də içəri su damır", - deyə şəhər sakini Elnur Hüseynov bildirib.

Bir neçə saat aramsız yağan yağış nəticəsində Gəncənin Sevinc, Gülüstan qəsəbələrində bəzi evlərin həyət və zirzəmisi su ilə dolub. Suyun altında qalan ev quşları tələf olub.

"Bax toyuğumuz cücəmiz belə məhv oldu, qeydiyyata alıblar, bax bu iki evi su basıb, qonşunun evini də",- deyə Gəncə sakini Valeh Salahov bildirir.

Sakinlər onlara dəyən ziyan barədə artıq şəhər rəhbərliyini məlumatlandırdıqlarını dedilər.




Anspress.com