Bakıda ata oğlunu bıçaqladı - FOTO
10 İyun 2016 22:38 (UTC+04:00)
Yaralı dərhal əməliyyat olunub. Həkimlər Rauf Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Rafael Mehdiyev evdə spirtli içki içən zaman oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbiləşdirib. Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.



Musavat.com