Orucu batil edən əməllər hansılardır?
11 İyun 2016 12:40 (UTC+04:00)
AzNews.az xəbər verir ki, əgər bir şəxs ramazan ayının orucunda qəsdən qussa, təkcə o günün qəzasını tutmalıdır. Əgər gecə cünub olub üç dəfə oyanıb yatsa və sübh azanına qədər oyanmasa, yaxud qəsdən imalə etsə, ya başını suya batırsa, yaxud Allah və Peyğəmbərin (s) adından yalan danışsa, ehtiyat vacibə görə kəffarə də verməlidir.
Ramazan ayınının əməllərini, oruc olan zaman nələri etmək lazım olduğunu az-çox bilirik. Lakin nələri etmək olmaz, nələrin qadağan olduğunu isə bəzilərimiz bilmirik.
Oruc çox önəmli ibadətdir, lakin oruc tutub savab qazanmamaq da olar. Belə ki, müəyyən şeylərə əməl etməsək tutduğumuz oruc batil ola bilər.
Məhəmməd Peyğəmbər(s) buyurur: "Elə oruc tutan insanlar var ki onlara tutduqu orucdan heç bir savab gəlməz. Onlar yalnız ac qalarlar".
Əlimizdən gələni etməliyik ki, orucun bütün əməllərini yerinə yetirib savab qazanaq.
Bəs, orucu batil edən əməllərin hökmləri hansılardır?
İftarda aşırı dərəcədə yemək olmaz. Bu sağlamlıqa ziyandır, həm də orucun məntiqinə ziddir . Oruc ona görə tutulur ki, nəfs zəifləsin, qəlb nurlansın, ruh qüvvətlənsin.
Axşam haram yolla qazanılan ruzi ilə iftar açmaq olmaz.
Oruclu insanın gözü də oruc olmalıdır. Harama, naməhrəmə baxmamalıdır.
Oruc tutan insan qulağına da sahib çıxmalıdır. Haram sözləri , qiybəti dinləməməlidir.
Oruc tutan insan əlinə və dilinə də sahib çıxmalıdır. Xüsusilə ticarət edərkən diqqətli olmalıdır. Dili günah sözlər işlətməməlidir.
Oruc tutan insan haram olunan məkanlara getməməlidir. Qəsdən cinsi əlaqədə olmaq
orucu batil edir, həmin günün qəzasını tutmaq və kəffarə vermək vacibdir.
Oruc tutan insan ac qaldığı ücün əsəbli ola bilər. Bu zaman əsəblərinə hakim olmalıdır. Çünki oruc səbr ibadətidir.
Bəzi insanlar imsaka mən aclığa dözə bilərəm deyə durmur. Bu
bəyənilməyəndir. Çalışmaq lazımdır ki, imsak yeməyi yeyilsin.
Namaz qılmayanlar da ramazan ayında namaz qılmalıdır ki, özünü namaza alışdırsın.