Ələkbərovun müavininin avtoşluq edən oğlu həbsxanadan çıxdı

12 İyun 2016 18:38 (UTC+04:00)

20 yaşlı oğlan Mnyovniki təcridxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, Ruslan Şamsuarovla dostları avtoşluq edərkən onları saxlamağa çalışan polisləri ələ salıblar. Gənclər hətta, polisdən qaçışı videoya da çəkiblər.

R. Şamsuarov "Lukoyl"un prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavini Azat Şamsuarovun oğludur.


Qafqazinfo