“Qara şəhər”dən “Odlar yurdu”na - Rus jurnalistin Azərbaycandan reportajı (Video)

13 İyun 2016 11:40 (UTC+04:00)

Rusiyanın "Rosiyya 24" telekanalında yayımlanan "İşgüzar səfər" rubrikasının son buraxılışı Azərbaycana həsr olunub.

AzNews.az xəbər verir ki, Andrey Şlyapnikovun müəllifi olduğu reportajda ilk olaraq Azəbaycanın başlıca kurort yeri kimi Naftalandan, onun müalicəvi əhəmiyyətindən bəhs olunub. Sujetdə 90-cı illərin əvvəllərində Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın iqtisadi cəhətdən problemlər yaşadığı, lakin 1994-cü ildə Heydər Əliyev tərəfindən imzalanan "Əsrin müqaviləsi" ilə bu problemin həll edildiyi vurğulanır. Qeyd olunur ki, iqtisadi çiçəklənmədən ilk olaraq paytaxt Bakı öz payını alıb. Sujet boyunca getdikcə meqapolisə çevrilən paytaxtın günü-gündən inkişaf edən infrastrukturuna da diqqət çəkilib.

Sujetdə həmçinin, müasir incəsənətin sərvətinə çevrilən Heydər Əliyev Mərkəzindən, Nobel qardaşlarından, "Şahdəniz" layihəsindən, sənaye parklarının salınmasından, qızılgül plantasiyasından, "İvanovka" kəndində yerləşən kolxozdan, Azəbaycanda yaşayan ruslardan, rus dilində təhsildən və s. bəhs olunur.

AzNews.az sözügedən videonu təqdim edir:



Aydan AXUNDOVA