Tovuzda sel körpünü dağıtdı - Kəndlərlə əlaqə kəsildi + Foto
13 İyun 2016 12:17 (UTC+04:00)
Çaya qarışan sel suları Aşağı Quşçu, Dondar Quşçu, Əsrik və Azaflı kəndlərini rayon mərkəzi ilə birləşdirən körpünü uçurub. Nəticədə avtomobillərin, sakinlərin çayın digər tərəfinə keçməsi mümkünsüzləşib.
Yağıntının miqdarının artıq olması mənbəyini uca dağlardan götürən Tovuz çayını coşdurub. Sel suları bir neçə kəndi rayon mərkəzi ilə birləşdirən körpünü uçurub. Körpüdən piyadalarla yanaşı, avtomobillər də istifadə edirdilər. Bir neçə il öncə ərazidə yeni körpünün tikintisi planlaşdırılsa da, bu hələ də reallaşmayıb. Bu səbəbdən əlacsız qalan sakinlər övladlarını məktəbə yola salmaq üçün iri boruların üzəri ilə hərəkət etməli olurlar. Bu da olduqca təhlükəlidir.
Kepeztv.az

.jpg)