Türkiyədə növbəti partlayış - 6 polis yaralandı
14 İyun 2016 19:46 (UTC+04:00)
Zirehli polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən Van-Gürpınar-Gevaş yoluna yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.
Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılar Vandakı xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.
Report.az