Ermənistanın müdafiə nazirinin sabiq müavininin həbs müddəti uzadıldı

14 İyun 2016 20:45 (UTC+04:00)

Bu barədə sabiq məmurun vəkili bildirib.

"Məhkəmə həbsin girovla əvəzlənməsinə dair müdafiənin vəsatətini təmin etməyib", - deyə vəkil bildirib. Vəkil məhkəmənin qərarına apelyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq birinci müavini, baş nazirin sabiq müavini Vahan Şirxanyan 2015-ci ilin dekabrında həbs olunub.

V. Şirxanyan Artur Vardanyan adlı şəxsin yaratdığını cinayətkar dəstə ilə əlaqədə ittiham edilir.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 25-də İrəvanda dövlət institutlarına və vətəndaşlara qarşı cinayət aktlarının həyata keçirilməsini planlaşdırılan dəstə zərərsizləşdirilib.

Cinayət işi ilə bağlı 25 nəfər həbs edilib.

Vahan Şirxanyan 1995-1999-cu illərdə Ermənistan müdafiə nazirinin birinci müavini və baş nazirin müavini vəzifələrində çalışıb.

APA.az