20 yaşlı gənc qonşusu tərəfindən bıçaqlandı

14 İyun 2016 21:18 (UTC+04:00)

Rayonun Maarif kənd sakini 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, Y. Nəbiyev münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az