«Lokomotiv» də Polşa klubuna qarşı

21 Noyabr 2012 11:27 (UTC+04:00)
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 2-ci dövrəsinin oyunları davam edəcək. AzNews.az xəbər verir ki, "Azerreyl"in ardından "Lokomotiv" də Polşa klubu ilə görüşəcək. Dünəndən fərqli olaraq Cüzeppe Kuçraninin komandası "Bank Fakro"nu evdə qəbul edəcək.

Bu matç saat 18:00-da başlayacaq. "F" qrupunda yer alan "dəyimyolçular" 3 oyundan 8 xalla yarış cədvəlində 1-ci yerdədir. "Lokomotiv" vaxtından əvvəl pleyy-offa vəsiqə qazanıb.

Kamran Hacı
AzNews.az