Aidə Ələsgərova-saxlanılan şəxs: Ev işini də mən görürdüm, yemək bişirirdim, uşağa baxırdım. Ona analıq edirdim. Bir gün paltarları ütülədim, qalın olanları apardım ki, çantaya qoyum. Gördüm ki, orada parçadan bağlama var, açdım, əvvəlcə elə bildim ki. bijuteriyadı, sonra gördüm ki, üzərində qiymətləri var, qızıldı. Əl vurmadım, qoydum yerinə. Artıq mart ayı idi, mən onlarda noyabrdan işləyirdim. Sonra qızılları götürdüm.
Aidə Ələsgərova əldə etdiyi qızılları Sumqayıt şəhərində yerləşən qızl dükanlarında satıb. Onun sözlərinə görə, bu alış-verişdə qazancı 550 manat olub.
Aidə Ələsgərova-saxlanılan şəxs: İçində qızıllar olan 3 bağlama götürmüşəm. Orada uşaq sırğaları, 2 qolbaq, boyunbağı var idi. Onları da bir dəfəyə satmadım. Hissə-hissə aparıb satdım.
Tutduğu əmələ görə peşman olan Aidə Ələsgərova Cəmilə Bayramovadan qisas almaq üçün bu əməli törədib.
Aidə Ələsgərova-saxlanılan şəxs: Biz yoldaşımla bir yerdə yaşayanda onun qızı bizə gün vermirdi. Hər gün gəlirdi, qapını, şüşəni sındırırdı. Axırda bizi ayırdı. Yoldaşım dedi belə olmaz. Bir gecə bizi evdən qovaladılar, yoldaşım, oğlum və mən maşında gecələdik. Qisas almaq üçün elədim, amma çox peşmanam, qızılının bir hissəsini qaytarmışam. Dedim işləyib artıqlaması ilə pullarını, qızıllarını qaytararam. Amma nə isə...
Artıq faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.