Tərtərdə hərbi sursat partladı - 8 yaşlı uşaq yaralandı + Video

16 İyun 2016 16:11 (UTC+04:00)

Hadisə rayonun Əskipara kəndində qeydə alınıb. Əslən Laçın rayonundan olan məcburi köçkün, 8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantıya od vurub. Bundan sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb.

Tullantıların içində hərbi sursat olduğu deyilir.

E.Hüseynli üz nahiyyəsi və iki ayaqlarından yanıq xəsarətləri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ambulator müalicə aldıqdan sonra evə buraxılıb. Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xezerxeber.com