Yeni icra başçısı kimdir? - Arayış + Fotolar

16 İyun 2016 17:06 (UTC+04:00)

Bu post sabiq icra başçısı Akif Səlimovun İH-dən uzaqlaşdırılmasından sonra başçı vəzifəsini icra edən Aqil Ağaxan oğlu Nəzərliyə həvalə edilib.

AzNews.az yeni icra başçısı haqqında qısa arayışı təqdim edir:

Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub. Ali təhsillidir. Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetini hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirib.

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir. 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edir.

Ehtiyatda olan zabitdir.

Ailəlidir, iki övladı var.