Türkiyədə avtomobil dayanacağında güclü yanğın - 70-ə yaxın maşın yandı
16 İyun 2016 20:45 (UTC+04:00)
Hadisə bu gün günorta saatlarında Karatay rayonunun Tatlıcak məhəlləsində Konya Böyükşəhər Bələdiyyəsinə məxsus dayanacaqda olub.
Nəticədə 70-ə yaxın minik və yük avtomobilləri, o cümlədən mikroavtobuslar yararsız vəziyyətə düşüb, ətrafı qatı tüstü dumanı bürüyüb.
Yanğını təxminən iki saatdan sonra lokallaşdırmaq mümkün olub.
Hadisənin baş vermə səbəbləri məlum deyil
Report.az