Anar Məmmədxanovun xanımı və qızı – Fotolar
17 İyun 2016 11:04 (UTC+04:00)
M.Məmmədxanlı modelyerin milli geyimlərdən ibarət kataloquna çəkilib.
O, milli geyimlərə böyük marağı olduğunu bildirib:
"Bu mənim ilk işimdir. Həm təşkilatçılar, həm fotoqraflar əziyyət çəkdi. Bu təklifi sevə-sevə qəbul etdim. Uşaqlıqdan milli rəqslərlə məşğulam. Xaricdə olanda da milli geyimləri göstərirdim. Gülnarə Xəlilova isə milli geyimlərimizi daha müasir şəkildə hazırlayıb. Gözəl alındığını görürəm.
Çəkiliş zamanı çətinliklər oldu, uzun vaxt apardı. Amma zəhmətə dəyərdi.
Fotomodel işim davam etməyəcək. Bunu Gülnarə xanım üçün qəbul etdim.
Hazırda universitetdə təhsil alıram. Rəqsə marağım var. Bəlkə rəqslə bağlı nəsə edərəm".
Axsam.az


