“Sərdar Cəlaloğlunun dediklərini şərh etmək fikrim yoxdur”

21 Noyabr 2012 12:44 (UTC+04:00)
"İsa Qəmbər siyasi baxımdan Azərbaycan respublikasının prezidenti olmağa layiq namizədlərdən biridir". Bunu AzNews.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın başqanı İsa Qəmbərin müsahibəsi ilə bağlı yaranan narazılığı şərh edərkən deyib.

Onun sözlərinə görə, müsahibəyə verilən reaksiyalar təəccüb doğurur: "Faktdır ki, İsa Qəmbər Azərbaycan xalqının əksəriyyətinin səsini alsa da, prezident seçilməyib. O, Müsavat kimi aparıcı siyasi partiyanın rəhbəridir. Onun prezident seçkiləri ilə bağlı dedikləri təbiidir. Bunun əksi olsa, necə olardı?! Bu baxımdan onun müsahibəsinə belə reaksiya verilməsi təəccüblüdür".

Müsavat funksioneri Sərdar Cəlaloğlunun dediklərinə şərh vermək istəməyib: "Onun dediklərini şərh etmək fikrim yoxdur".

İlkin
AzNews.az