Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü

19 İyun 2016 10:37 (UTC+04:00)

Kiyevin Poçt meydanında səfirliyin "Opel" markalı avtomobilini arxadan VAZ markalı avtomobil vurub. Zərbədən "Opel" yolun kənarında park etmiş iki avtomobilə çırpılıb və 180 dərəcə dönüb. Avtomobilin yanacaq çəni partlayıb və benzin küçəyə axıb. Xilasedicilər yanğının qarşısını almaq üçün asfaltı yuyublar.

Qəzada heç kim xəsarət almayıb.

Polis araşdırma aparır.

Virtualaz.org