Gənc qız bıçaqlanaraq qətlə yetirildi - Foto + Yenilənib
19 İyun 2016 18:28 (UTC+04:00)
Bu gün rayonun Xanlıqlar kəndində yerləşən Bayram bulağının yaxınlığında təxminən üzərində zorakılıq əlaməti olan 25-30 yaşlarında olan qadın meyiti aşkar olunub.
Kimliyi məlum olmayan meyit müayinə olunmaq üçün Qazax Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
APA.az
16:35
***
Qazax rayon Polis şöbəsindən verilən məlumata görə, kolluqdan tapılan və təqribən 25 yaşında olan qadın bıçaqlanaraq qətlə yetirilib.
Bildirilir ki, meyitin burun və qarın nahiyələrində əməliyyat izləri var.
Qadının cəsədi Qazax Diaqnostika Mərkəzinin morquna yerləşdirilib. Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Report.az