İlham Əliyev və xanımı Formula-1-in Avropa Qran-prisində

19 İyun 2016 17:10 (UTC+04:00)

Ölkə başçısı ilə yanaşı xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev pit-stop qərargahına gəlib. Burada ölkə başçısı yarışın təşkilatçıları, pilotlar və fəxri qonaqlarla bir araya gəlib. Yarışın qalibinə mükafatın da Azərbaycan prezidenti tərəfindən veriləcəyi bildirilir.

Ölkə başçısı yarışı ailə üzvləri ilə birgə qonaqlar üçün nəzərdə tutulmuş xüsusi lojadan izləyəcək.

Lent.az