Stomatoloqun evindən oğurluq - 32 qızıl diş və xeyli pul aparılıb
19 İyun 2016 17:23 (UTC+04:00)
Naməlum şəxslər həkimin evindən 38 qızıl diş aparıblar.
Oğrular 48 yaşlı həkimin Binəqədi rayonundakı evinə pəncərədən daxil olublar. Hadisənin saat 14:30 - 21:00 arası, evdə heç kim olmadığı zaman törədildiyi ehtimal olunub.
İmplantlardan əlavə oğrular 10 min manat, dəyəri 3,15 min manat olan 7 qızıl sikkə aparıblar.
Hadisəni törədənlər aradan çıxa biliblər, polis araşdırmanı davam etdirir.
Anspress.com