10 azyaşlı faciəli şəkildə öldü - Rusiyada

19 İyun 2016 17:55 (UTC+04:00)

Yerli hüquq-mühafizə orqanları ölənlərin 12-15 yaşlı uşaqların olduğu bildirir. Onlar gəmi ilə göldən keçməyə cəhd edərkən suya düşüblər. Daha 3 nəfər itkin düşüb. Ölənlər Moskva və Sankt-Peterburqdan olublar.

Daha əvvəl respublikanın Pryajinski rayonunda 48 nəfərdən ibarət turist qrupunun yoxa çıxması haqda məlumat yayılmışdı. Məlumata görə, onlardan 40-ı azyaşlı olub. Turistlər gölü gəmi ilə keçmək istəyiblər, lakin əlverişsiz hava şəraiti səbəbindən gəmilərdən biri aşıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Anspress.com