Timsahın üstündə “gəzintiyə” çıxan kişi - VİDEO

21 Noyabr 2012 18:20 (UTC+04:00)

Avstriyalı Maykl Nyuman sərxoş vəziyyətdə timsahın saxlanıldığı əraziyə girib. Hadisə Avstriyanın şimal-qərbində Blum şəhərində baş verib. Kişi böyük məharətlə hasarı keçərək 820 kiloqramlıq timsahla "görüşə" gedib.
Nyumanın sözlərinə görə, o timsahın üstündə gəzmək istəyib.

"Qurbanını" görən timsah isə onun ayağından yapışıb. Xoşbəxtlikdən Nyumanın timsahla üzmək arzusu heyvanın tox olduğu vaxta düşüb. Buna görə də "Toppuş" ləqəbli timsah onu yeməkdən vaz keçib. Bütün baş verənlərdən şok keçirən 36 yaşlı kişi canını birtəhər timsahın dişlərindən qurtara bilib.

AzNews.az-ın "The Time" nəşrinə istinadən verdiyi xəbərə görə, hazırda xəstəxanada olan "qəhrəmanın" vəziyyəti normaldı. Həkimlər onun ayağını da saxlaya biliblər. Zooparkın müdiri Malkolm Duqlasın sözlərinə görə, soyuq havada timsahlar bir o qədər də aqressiv olmurlar. Həmin gecə hava bir az isti olsaydı Nyunan timsahın əlindən sağ çıxa bilməzdi. Duqlasın sözlərinə görə, "Toppuş" insanı bir hücuma öldürə bilərdi.



İnci
AzNews.az