Azərbaycanlı kişi öz arvadını öldürdü - Rusiyada geniş əməliyyat başladı

20 İyun 2016 14:44 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərin Mərkəzi rayonunun Avtozavodsk şossesində 22 yaşlı qadın və onun 1965-ci il təvvəllüdlü anası öldürülüb. Qadının atası çoxsaylı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin istintaqa əsasən, cinayəti qadının keçmiş həyat yoldaşı törədib. Həmin şəxs 1982-ci il təvəllüdlü azərbaycanlı Musayev Nuran İlman oğludur. O, bundan öncə də cinayət törədərək həbs edilib. Keçmiş həyat yoldaşı Nuran barədə dəfələrlə polisə şikayət edərək, ərinin onun həyatını təhdid etdiyini bildirib. Lakin polis bu şikayətlərə məhəl qoymayıb.

Hazırda cinayətkarın ələ keçirilməsi üçün polis genişmiqyaslı əməliyyata başlayıb. Avtovağzalda, böyük ticarət mərkəzlərində məlumat yerləşdirilib. Taksilər və özəl mühafizə təşkilatlarının işçilərinə xəbərdarlıq edilib.

Aydan