24 mindən çox uşaq nikahdankənar doğulub - Statistika
21 İyun 2016 10:59 (UTC+04:00)
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24038 nəfər olub.
Uşaqlardan 9411-i şəhər yerlərində, 14627-i isə kənd yerlərində doğulub.
2014-cü ildə qeyri-rəsmi nikahda olan qadından doğulan uşaqların sayı isə 25486 nəfər olub.
Komitədən, həmçinin bildirilib ki, son 5 il ərzində ölkədə ildə orta hesabla 172 min, hər gün isə 471 körpə dünyaya gəlir.
Azvision.az