Xəstəxanada narkozlu uşağa təcavüz edildi - DƏHŞƏT

22 Noyabr 2012 05:44 (UTC+04:00)
Almaniyanın Berlin şəhərindəki uşaq xəstəxanasında dəhşətli hadisə baş verib. "Charite" adlı xəstəxanada 14 yaşlı qız uşağına təcavüz edilib. Ayağı kəsilmək üçün xəstəxanaya gətirilən qız narkozda olarkən təcavüzə məruz qalıb. Ancaq xəstəxana rəhbərliyi ciddi-cəhdlə bu xəbəri ictimaiyyətdən gizlətməyə çalışıb.

Mətbuat xəbəri dərc etdikdən sonra xəstəxana rəhbərliyi 14 yaşlı qızın başına gətirilənlər barədə xəbəri təsdiqləyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Maraqlıdır ki, bundan əvvəl də həmin xəstəxana uşaq ölümləri ilə gündəmə gəlib. İnfeksiyaya yoluxan uşaqlar bir-birinin ardınca vəfat edincə xəstəxananın iki bölümünün fəaliyyəti dayandırılmışdı.

Elnarə Əlosmanqızı
AzNews.az