Təmas xəttində növbəti monitorinq keçiriləcək
21 İyun 2016 11:36 (UTC+04:00)
AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqin keçirilməsinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq nəzarət edəcəklər.