İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi sorğu keçirir
21 İyun 2016 17:00 (UTC+04:00)
Mərkəzdən AzNews.az-a verilən məlumata görə, islahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün keçirilən ilk sorğuda "Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?" sualına dair təklifləri 10 gün müddətində bildirmək xahiş olunur.
Mərkəz mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxsləri, fərdi sahibkarları və vətəndaşları sorğuda fəal iştirak etməyə dəvət edir. Təkliflər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytındakı link vasitəsilə çatdırıla bilər.