Dini, yoxsa rəsmi nikah? - Video

22 İyun 2016 00:26 (UTC+04:00)

Bu rəqəmlər ölkədə rəsmi nikahı nəzərə almayanların sayının az olmadığının göstəricisidir.

Rəsmi nikahın olmaması gələcəkdə ailədə baş verə biləcək hər hansı bir münaqişə zamanı ciddi problemlərin yaranmasına səbəb olur. Boşanma hallarında əmlak bölgüsü və ya alimentin alınmasında qadınlar çətinliklər ilə qarşılaşırlar.

Rəsmi nikahın olmaması həmçinin qeyr-rəsmi nikahdan doğulan uşaqların artmasına səbəb olur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24 min 38 nəfər olub. Onlardan 9 min 411 nəfəri şəhər yerlərində, 14 min 627-i isə kənd yerlərində dünyaya gəlib.

İlahiyyatçılar etiraf edirlər ki, dini nikahdan sui-istifadə edənlər var. Onlar cütlüklərin ailə hüquqlarının təminatı üçün rəsmi nikahın vacibliyini vurğulayırlar.



Xəzərxəbər.com