Tovuzdakı dəhşətli qətlin üstü açıldı - 18 yaşlı qızı qardaşı öldürübmüş

22 İyun 2016 22:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun "Report"un Qərb bürosuna verdiyi xəbərə görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilib.

Onun sözlərinə görə, hadisə qısqanclıq zəminində baş verib.

1998-ci il təvəllüdlü Günay Gülməmmədovanın meyiti iyunun 19-da axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində aşkar edilib.