Masallı sakini çaya düşüb - Axtarışlar başladı
22 İyun 2016 23:25 (UTC+04:00)
Hadisə bu gün axşam saatlarında rayonun Kosakür kəndində qeydə alınıb.
Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Abbasov Etibar Abbas oğlu ehtiyatsızlıqdan çaya düşüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və E.Abbasovun axtarışlarına başlanılıb.
APA.az