“Türkiyə Aİda üzvlük haqqında referendum keçirə bilər” - Ərdoğan

22 İyun 2016 23:57 (UTC+04:00)

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Universitetində çıxış edərkən bəyan edib.

"Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropa İttifaqı onu öz sıralarına qəbul etmək istəmir. Bu isə ayrı-seçkilikdir. Avropa İttifaqı Türkiyəni sərhədləri açması və qaçqınların Avropaya axın etməsi halında nə edəcəyini düşünməlidir", deyə Ərdoğan bildirib.

APA.az