Aygün Kazımovanın qızı ailə qurmasıyla bağlı danışdı – FOTOSESSİYA

22 Noyabr 2012 07:37 (UTC+04:00)
Xalq artisti Aygün Kazımovanın qızı, gənc ifaçı İlqarə İbrahimova hazırkı iş fəaliyyəti haqqında qısa məlumat verib.

İlqarə AzNews.az-a açıqlamasında Bakıya müvəqqəti gəldiyini və Rusiyada Moskva Dövlət Universitetində menecement ixtisası üzrə qiyabi təhsil aldığını bildirib: "Moskvada dostlarım var. Dostlarımla yaşayıram. Ailəvi dostlarımızdır…
Hazırda Moskvada təhsilimi davam etdirirəm, amma ifaçılıq sənətinə daha çox meyl edirəm. Biz hal-hazırda proqressiv-haus uslubunda mahnı yazdırmışıq. Musiqisi DJ Elayce (Əli Abbasbəyli) və Rasif, sözləri Fərid Məmmədovdur. Mahnının adını sirr saxlayıram. Bu mahnının geniş təqdimatını keçirəcəyik".

İ.İbrahimova haqqında nişanlanmısıyla bağlı yayılan məlumatlara da münasibət bildirib. O, tərəddüdlə sevdiyi şəxsin olmadığnı deyib: "Hazırda ailə qurmaq fikrim yoxdur. Mən bu suala cavab verə bilmərəm. Çünki siz mənim yaxın dostum deyilsiniz. Yoxdur... buna görə də fikirləşmirəm".

Gənc ifaçı onu da qeyd edib ki, istifadəçisi olduğu "facebook" sosial şəbəkəsində onun adından bir çox səhifələr açılıb: "Öz səhifəmi elə tərtib etmişəm ki, tanımadığım şəxslərin dostluğunu qəbul etmirəm".

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az