İlhamənin köməkçisinin işi Ağır Cinayətlər Məhkəməsində

23 İyun 2016 16:42 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlamasında M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. Vəkil bildirib ki, M.Hüseynova ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir: "Bir həftəyə kimi cinayət işi məhkəməyə göndərilir. Biz də hələ işlə tam tanış olmamışıq. Bilmirik ki, hansı sübutlar əsasında bu işi məhkəməyə göndərirlər. Yəqin ki, bir həftəyə kimi biləcəyik".

Qeyd edək ki, Mehriban Hüseynova köməkçisi işlədiyi mərhum sənətkar İlhamə Quliyevanın şikayəti əsasında həbs edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az