“Başıma vurdular, ağzımı bağladılar, dedilər ki, tez gəlsin” - Video
25 İyun 2016 13:34 (UTC+04:00)
AzNews.az Region TV-yə istinadən xəbər verir ki, əllərində qovluq olan iki nəfər naməlum şəxs həyətə daxil olaraq ev sahibini görmək istədiklərini bildirib. Onun evdə olmadığını öyrəndikdən sonra həyat yoldaşı Rəna Tağıyevaya hücum edərək müxtəlif xəsarətlər yetiriblər. Daha sonra isə mənzilə daxil olub axtarış aparmağa başlayıblar. Evin əşyalarını dağıdıb, yataq dəstini bıçaqla kəsərək, qadının 16 yaşlı övladını aparacaqlarını deyiblər. Qadına hədə-qorxu gələnlər ondan həyat yoldaşını çağırmasını istəyiblər.
Rəna Tağıyeva isə ərinin xəstə olduğu üçün Bakıya getdiyini bildirib: "Başımı vurdular. Mənə dedilər ki, oğlumu aparırlar. Həyat yoldaşım gələndə arxası ilə gəlib aparar".
Zərərçəkənin qaynı Mübariz Tağıyev isə, xanıma nalayiq sözlər işlədildiyini, hətta ağzını bağladıqlarını deyib: "Telefonu qulağına tutub deyiblər ki, denən hadisə baş verib. Tez evə gəl".
Şəxslər daha sonra evi tərk ediblər.
Tovuz Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.