Türkiyə ordusu daha iki şəhid verdi

26 İyun 2016 16:55 (UTC+04:00)

Diyarbakırın Licə qəsəbəsində davam edən əməliyyatlar zamanı terrorçularla baş verən atışma zamanı ordunun iki əsgəri ağır yaralanıb. Yaralı hərbçilər dərhal xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki əsgər xəstəxanada dünyasını dəyişib.

Türkiyənin ordusunun baş qərargahından məlumat təsdiqlənib və bildirilib ki, bölgədəki terrorçuların zərərsizləşdirilməsi üçün həyata keçirilən genişmiqyaslı əməliyyatlar davam etdirilir.

Anspress.com