İranın partiya sədri İsrailə Bakıda meydan oxudu

22 Noyabr 2012 10:31 (UTC+04:00)
"Biz İsrailə etiraz səsimizi qaldırmalıyıq, bu zorakılıqlara dözə bilmərik". Lent.az-ın verdiyi məlumata görə bunu Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) 7-ci Baş Assambleyasında iştirak edən İranın İslamçı Müxalifət Partiyasının sədri Hassan Qafari söyləyib.

Hassan Qafari deyib ki, İsrail Qəzzada müqəddəs yerləri, şəhərləri dağıdır, günahsız uşaqlar ədalətsiz təcavüzün qurbanı olurlar: "Biz fələstinlilərə kömək etməliyik. İstərdim ki, Assambleya tək İsraili pisləməsin, Fələstin, Suriya və Sudana qarşı aqressiyanı pisləsinlər".

O, İCAPP-ın növbəti Baş Assambleyasının İranda keçirilməsini və İCAPP-ın İranda Ticarət Palatası yaradılmasını da təklif edib.

AzNews.az