Türkiyədə daha bir terror - 1 polis öldü, 7 yaralı var (Yenilənib)
28 İyun 2016 14:06 (UTC+04:00)
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Diyarbekirin Dicle rayonunda polis zirehli maşını yolu keçərkən partlayış baş verib. Hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlardan 2-sinin polis, 6-sının mülki vətəndaş olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili yardım maşını cəlb edilib.
Partlayışın səbəbi hələki məlum deyil.
12:15
***
Diyarbekirdə baş verən terror aktı nəticəsində yaralanan polislərdən biri vəfat edib.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan polisin həyatını xilas etmək mümkün olmayıb. Digər 7 nəfərin müalicəsi davam edir.
Aydan AXUNDOVA