1500 polis ev və ofislərə girdi - 54 nəfər saxlanıldı
28 İyun 2016 17:01 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat 1500 polisin iştirakı ilə eyni zamanda 6 ərazidə - İstanbul, Şırnak, Edirne, Muş, Mardin ve Trabzonda baş tutub.
Əməliyyat əsnasında 143 ev və iş yerində axtarış aparılıb. Silah qaçaqmalçılığı ilə əlaqəsi olan 54 nəfər saxlanılıb.
Saxlanılanlardan 3-ünün keçmiş polis əməkdaşı olduğu bildirilir. Əməliyyat çərçivəsində aparılan axtarışlarda 71 tapança, 16 pompalı tüfəng, çoxlu sayda maqazin, mərmi və patron ələ keçirilib.
Aydan AXUNDOVA