Həmsədrlər separatçı rejimin rəhbəri ilə görüşdü

22 Noyabr 2012 11:33 (UTC+04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər ediblər.

AzNews.az-in məlumatına görə, səfər zamanı həmsədrlər bu gün Xankəndidə separatçı rejimin rəhbəri Bako Saaakyanla da görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bir sıra məsələlər və regiondakı son vəziyyət müzakirə olunub.

Qeyd edək ki, həmsədrlər Dağlıq Qarabağdan İrəvana gedəcəklər. Onların Bakıya səfəri isə gələn həftəyə nəzərdə tutulur.

Vasif Həsənli
AzNews.az