Yük maşını 80-dən çox heyvanı tələf etdi - Fotolar
29 İyun 2016 08:57 (UTC+04:00)
Hadisə bu gün 07.30 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində, İsmayıllı rayonunun Hapıtlı kəndi ərazisndən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 10-OD-285 dövlət nömrə nişanlı "KamAz" markalı yük maşını və 99-FS-470 dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olarkən qışlaqdan yaylağa köç edən minlərlə baş qoyunun olduğu sürüyə çırpılıb. Nəticədə, azı 80 baş xırda buynuzlu heyvan tələf olub.
Hadisə yerinə yol polisi və baytarlıq idarəsinin əməkdaşları cəlb olunub.
Dəyən ziyanın həcminin təxminən 7000 manat təşkil etdiyi bildirilir.
APA.az

