Ermənistan iqtisadiyyatı çökür

22 Noyabr 2012 11:35 (UTC+04:00)


İrana qarşı tətbiq edilən sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi ziyan vurur. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, əsas ziyan kənd təsərrüfatına və emal sənayesinə dəyib.

Ermənistan KİV-lərinin yazdığına görə, İrandan asılı olan müəssisələr fəaliyyətini dayandırıblar. Buna səbəb isə xammalların İrandan idxal olunmasıdır.

Alternativ yollarla xammalın çatdırılması isə 1.5 aya və daha baha başa gəlir. Artıq məsələ o yerə çatıb ki, erməni iş adamları vəziyyətdən çıxış yolu üçün Baş nazir Tiqran Sarkisyana müraciət ediblər.

Sadiq Musa
AzNews.az