Külli miqdarda çətənə kolları aşkarlandı

29 İyun 2016 13:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Xocalı RPŞ əməkdaşları tərəfindən Goranboy rayonunun Todan kəndi ərazisindən ümumi çəkisi 4 ton 300 kiloqram olan 5846 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Pərizamanlı kəndi ərazisindən ümumi çəkisi 830 kiloqram olan 983 ədəd, Qazax RPŞ əməkdaşları tərəfindən Xanlıqlar kəndi ərazisindən ümumi çəkisi 1 ton 695 kiloqram olan 7365 ədəd, Zaqatala RPŞ əməkdaşları tərəfindən Bəhmədli kəndi ərazisindən ümumi çəkisi 210 kiloqram olan 255 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.